Rəqəmsal iqtisadiyyat fakültəsi

ƏMƏKDAŞLAR

Dekan:
tex.f.d., dos. Cəfərov Elman Novruz oğlu
Əlaqə telefonu:
+(994) 12 492-59-03 (13-20)
+(994) 12 564-67-32
e-mail: [email protected]

Dekan müavini:
Cabbarov Ramal Rasim oğlu
Əlaqə telefonu:
+(994) 12 492-59-03 (13-29)

Maliyyə və mühasibat fakültəsi

Rəqəmsal iqtisadiyyat fakültəsi nəzdindəki kafedralar

“Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrası

19.10.2020-ci il tarixində “Rəqəmsal iqtisadiyyat” fakültəsinin nəzdində “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrası yaradılmışdır.

Əvvəllər “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrası kimi fəaliyyət göstərib.

Universitetdə tədrisin səmərəli idarə edilməsi və təşkili məqsədilə İqtisad Universitetinin Elmi Şurasının 6 iyul 2018-ci il tarixli iclasının 534/3/2018 qərarına əsasən “İnformatika”, “İnformatika iqtisadiyyatı və texnologiyaları” kafedraları  ləğv edilmiş və həmin kafedraların bazasında həmin tarixdən “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrası yaradılmışdır.

“İnformatika iqtisadiyyatı və texnologiyaları” kafedrası. İlk zamanlar «Dünya iqtisadiyyatında infor­masiya texnologiyaları» adlandırılmış bu kafedra 2002-ci ilin iyul ayından fə­aliyyət göstərir. İlk vaxtlar kafedra «Dünya iqtisadiyyatında infor­masiya texnologiyaları» adlanmış, 2004-cü ilin noyabr ayından «İn­for­masiya iqtisadiyyatı», 2009-cu ildən «İnformasiya iqtisadiyyatı və texnologiyaları» kimi fəaliyyətini davam etdirir.

Kafedrada cari tədris ilində reallaşdırılması nəzərdə tutulan əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. Həm bakalavriat, həm də magistratura pilləsində tədris olunan fənlər üzrə mühazirə, məşğələ və laboratoriya dərsləri yüksək səviyyədə müasir təlim metodlarının tətbiqi ilə aparılır. Kafedrada tədris edilən fənlər üzrə tədris proqramlarının, metodik göstərişlərin, dərs vəsaiti və dərsliklərin hazırlanması; elmi-tədqiqat işlərinin aparılması, tələbələrin elmi – tədqiqat işlərinə cəlb olunması və bu işlərə rəhbərlik edilməsi, Tələbə Elmi Cəmiyyəti ilə sıx ünsiyyətdə olmaqla kafedra tərəfindən tələbələrin elmi-tədqiqat  işlərinə nəzarət və dəstək üçün seçilmiş rəhbərin fəallığının artırılması istiqamətində işlərə xüsusi diqqət yetirilir.

Kafedrada tədris edilən fənn proqramlarının hər bir mövzusu üzrə mühazirə mətnlərinin və təqdimatların, öyrətmə suallarının və testlərin hazırlanmasında kafedra əməkdaşlarının birgə iştirakı həyata keçirilir. Universitet rəhbərliyinin göstərişi ilə kafedra əməkdaşları dərslik, dərs vəsaiti və tədris metodiki ədəbiyyatlara, eləcə də digər iddiaçıların dissertasiya işlərinin müzakirəsini təşkil edib rəyin verilməsi kimi təşəbbüsləri yerinə yetirməyə cəlb olunur.

Kafedrada respublikanın və xarici ölkələrin ali məktəblərinin ayrı-ayrı kafedralarının, professor-müəllim heyətinin qabacıl iş təcrübəsi öyrənilir və təbliğ olunur. Qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə müxtəlif müəssisə və təşkilatlarla əlaqələrin təşkil edilməsi, ixtisas qruplarının istehsalat və digər təcrübələrə göndəriləcək təşkilatlarla əlaqənin yaradılması və möhkəmləndirilməsi nəzərdə tutulur. Yeni fəaliyyətə başlayan gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda köməklik göstərilməsi məqsədilə kafedra əməkdaşları arasında nümunəvi dərslərin, elmi seminarların və kafedranın istiqamətinə uyğun elm adamları ilə görüşlərin təşkili, elmi biliklərin təbliği və bölüşdürülməsi istiqamətində işlər görülür, kafedranın professor-müəllim heyətinin elmi tədbirlərdə, yerli və beynəlxalq elmi konfranslarda, beynəlxalq mübadilə proqramlarında iştirakı təmin olunur.

“İnformatika” kafedrası 1977-ci ildə «İqtisadi kibernetika» kafedrasının bazasında, onun bəzi ixtisasları hesabına ayrıca bölmə kimi ya­ra­dıl­mış və ondan ayrılaraq müstəqil fəaliyyətə başlamışdır. İlk illərdə fə­aliy­yətdə olan elektron maşınlar iqtisadi infor­masiyanın işlənməsi funksiyasını öz üzərinə götürdüyü üçün yeni yaranmış kafedra «İqtisadi informasiyanın maşınla işlənməsi» adlanırdı.

1984-cü ildə tədris olunan fənlərin xarakterindən asılı olaraq həmin kafedra iki müxtəlif kafedraya bölünür: «Hesablama maşınları və proqramlaşdırma» və «İqtisadi informasiyanın maşınla işlənməsi».

1987-ci ildə AXTİ-nin müstəqilliyinin ləğv olunması və Leninqrad Maliyyə-İqtisad İnstitutunun Filialı kimi fəaliyyət göstərməsi ilə əlaqədar olaraq kafedra 1988-ci ildən 1990-cı ilə qədər «İnfomatika və hesablama maşınları» adlanmışdır. 1990-cı ildən kafedra «İqtisadi informatika və avtomatlaşdırılmış idarəetmə sistemləri» adı ilə öz funksiyalarını yerinə yetirmişdir.

2004-cü ilin noyabrında kafedranın tərkibinə universitetin texniki və texnoloci ixtisasları üçün nəzərdə tutulan analoji kafedranın qatılması ilə yeni, daha səmərəli fəaliyyət göstərəcək «İnformatika» kafedrası yaradıldı.

Kafedranın istiqaməti texnika, iqtisadiyyat və riyaziyyat yö­nüm­lü olduğu üçün kollektivi bu üç sahənin mütəxəs­sis­lə­rindən təşkil olunmuşdur.

Kafedraya müxtəlif illərdə dos. V.M.Bayramov, dos. A.Hüseynov, prof. Y.R.Abdullayev, prof. R.Ə.Balayev, t.e.n., dos. Hafiz Bayramov rəhbərlik etmişlər.

Yeni informasiya texnologiyalarının, müasir kom­pyu­ter texnikasının və bununla bağlı əlverişli proqram tə­mi­na­tı­nın yaranması kafedranın istiqamətində ciddi dəyişikliklərə səbəb olmuşdur. İnformatika kafedrasında İnformatikanın nəzəri və praktiki prob­lemlərinin həlli, o cümlədən iqtisadi informasiya sistemlərinin yaradıl­ması və istifadəsi, mütərəqqi kompyuter texnologiyalarının tətbiqi istiqa­mətində elmi məktəb formalaşmışdır. Universitetdə tədrisin və elmi-tədqiqatların ən qabaqcıl sisteminin qurulduğu, innovasiya fəal­lığının yüksək səviyyəsinin əldə edildiyi 2005-2010-cu illərdə kafed­ranın pro­fes­sor-müəllim heyəti qeyri-səlis və assosiativ yanaşmaların iqtisadi təd­qiqatlarda informasiya problemlərinin lazımi səviyyədə həllinə imkan verdiyini nəzərə alaraq “Ekspert sistemlərinin qeyri-səlis, assosiativ və proqnozlaşdırma metodlarının iqtisadi tədqi­qat­larda tətbiqi problemləri və informasiya texnologiyaları” istiqamətində elmi-tədqiqat işini uğurla davam etdirir. Kafedranın elmi poten­sialın­dan səmərəli istifadə sayəsində həmin metodların iqtisadi tədqi­qatlarda tətbiqindən informasiya problem­lərinin həlli üçün mühüm elmi və praktiki əhəmiyyətli nəticələr əldə edilmişdir.

Главный корпус

101000, г. Москва, ул. Мясницкая, д. 20

Справочная:
+ 7 495 771-32-32

Карта зданий

Приемная комиссия

+ 7 495 771-32-42
[email protected]

Пресс-служба ВШЭ

+7 495 628-55-98
+7 495 621-78-73
[email protected]

Условия использования материалов

 

Səhv tapdız?