UNEC-in Elmi Şurasının 31 may 2020-ci il tarixli online iclasının EŞ-172 №-li və 14 sentyabr 2020-ci il tarixli online iclasının EŞ-173 №-li qərarlarının icrasını təmin etmək məqsədilə 19.10.2020-ci il tarixində “Texnolgiya və dizayn” fakültəsi ləğv edilərək onun bazasında “Rəqəmsal iqtisadiyyat” fakültəsi yaradılmışdır.
19.10.2020-ci il tarixində “Rəqəmsal iqtisadiyyat” fakültəsinin nəzdində “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrası yaradılmışdır.
UNEC-də “Mühəndislik” və “Rəqəmsal iqtisadiyyat” fakültələrinin nəzdində yaradılan laboratoriyaların işinin səmərəli idarə edilməsinin təmin olunması üçün “Laboratoriyaların işinin təşkili mərkəzi” yaradılmışdır. Fakültədə fəaliyyət göstərən Elmi Şuranın tərkibi 9 nəfərdən ibarət olmaqla, onlardan 1 akademik -elmlər doktoru, 1 elmlər doktoru – professor, 4 elmlər namizədi – dosent, 1 baş müəllim və 2 nəfər tələbə təşkilatlarının nümayəndələridir. Fakültədə 49 nəfər professor-müəllim heyəti çalışır. Bunların 5 nəfəri professor, o cümlədən 1 nəfəri akademik, 21 nəfəri dosent və 23 nəfəri baş müəllim və müəllimdirlər. Fakültədə 4 ixtisas üzrə 806 nəfər tələbə təhsil alır.
Fakültə üzrə təhkim edilən kafedra:
Rəqəmsal texnologiyalar və tətbiqi informatika
Fakültədə aşağıdakı ixtisaslar üzrə kadrlar hazırlanır:
- 050616 İnformasiya texnologiyaları
- 050615 İnformasiya təhlükəsizliyi
- 050509 Kompüter elmləri
- 050519 Kommunikasiya sistemləri mühəndisliyi
- 050656 Sistem mühəndisliyi.
İxtisas və ixtisaslaşmalar:
- İnformasiya texnologiyaları
- Kommunikasiya sistemləri mühəndisliyi
- İnformasiya təhlükəsizliyi
“Rəqəmsal iqtisadiyyat” fakültəsinin və onun tərkibində olan kafedra respublikanın və xarici ölkələrin Universitetləri: AMEA-nın İdarəetmə İnstitutu və İnformasiya Texnologiyaları İnstitutu və Yüksək Texnologiyaları Parkı, Çexiyanın Prague Business School, Macarıstanın University of Dunaújváros və Litvanın Mykolas Romeris University və Vilnius Gediminas Technical University, həmçinin Hindistanın Aligarh Muslim Universit və Karadeniz Teknik Üniversitesi (KTÜ) ilə sıx elmi əməkdaşlıq edir.