İnformasiya texnologiyaları
İnformasiya təhlükəsizliyi
Kompüter elmləri
Kommunikasiya sistemləri mühəndisliyi
KOMPÜTER ELMLƏRİ ixtisası
Kompüter elmləri kompüter qurğularnda məlumatların necə toplanması, saxlanması və emalını öyrənir. Qısaca, kompüter elmləri kompüterlər və hesablama sistemləri haqqında elmdir. Kompüter və elektrik mühəndisliyindən fərqli olaraq, bu sahədə daha çox proqram təminatı və sistemlərindən bəhs edir ki, bura onların nəzəriyyəsi, dizaynı, inkişaf etdirilməsi və tətbiqi daxildir. Baxmayaraq ki, proqramlaşdırma bu sahədəki başlca bölmədir, lakin bu onun sadəcə bir hissəsidir. Bundan əlavə buradakı digər əsas sahələr sırasna kompüter sistemləri, şəbəkələr, mühafizə, kriptoqrafiya, süni intellekt, verilənlər bazası, insanla kompüter arasındakı əlaqə, görüntü və əlaqə, əbədi analiz, proqlamlaşdırma dilləri, proqram təminatı mühəndisliyi, bioinformatika və hesablama nəzəriyyəsi daxildir. Kompüter elmləri, proqramları həll etmək və kompüterin proqram və aparat təminatının performansını ölçmək üçün alqoritmlər hazırlayır. Buna göra kompüter elmləri mütəxəssisləri həm də informasiyanın emalı, saxlanılması və tətbiqini təmin edən riyaziyyatçılardır.
Kompüter elmləri ixtisası 2 dildə tədris olunur azərbaycan, rus).
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ixtisası
İnformasiya təhlükəsizliyi dedikdə informasiyanın və informasiya mühitinin təsadüfi və düşünülmüş, təbii və süni xarakterə malik təsirlərdən müdafiə vəziyyəti başa düşülür. Belə təsirlər informasiyaya və ya informasiya obyektlərinə, həmçinin informasiya istifadəçisinə və sahibinə yolverilməz ziyanlar vura bilər. İnformasiyanın mühafizəsi – informasiya təhlükəsizliyinin təmin olunması üçün həyata keçirilən kompleks tədbirlərdir.
İnformasiya təhlükəsizliyin siyasətinin işlənməsinin əsas istiqamətləri: hansı verilənləri və hansı ciddiyyətlə mühafizə etmək lazım olduğunu müəyyənləşsirmək; müəssisəyə informasiya aspektində kimin və nə hacmdə ziyan vura biləcəyini müəyyənləşdirmək; risklərin hesablanması və onların qəbuledilən səviyyəyədək azaldılması sxeminin müəyyən edilməsi; planlaşdırılan bütün texniki və inzibati tədbirlərin təsviri; baxılan proqramın iqtisadi qiymətinin hesablanması; müəssisənin rəhbərliyi tərəfindən təsdiq olunma və sənədləşdirmə, həyata keçirilmə.
İnformasiya təhlükəsizliyi 2 dildə tədris olunur (azərbaycan, rus).
İNFORMASİYA TEXNOLOGİYALARI ixtisası
Bu ixtisas üzrə təhsil alan tələbələr müasir informasiya texnologiyalarının informasiya prosesləri, informasiya resursları, informasiya sistemləri, elmi və texniki informasiyanın verilənlər bazası, biliklər bazası, informasiya məhsulu və xidmətləri bazarı kimi əsas anlayışlar ilə dərindən tanış olur, informasiya sistemləri və informasiya texnologiyaları arasındakı əlaqəni öyrənirlər. Bu ixtisasın əsaslarına yiyələnməklə tələbələr informasiya sistemlərinin və texnologiyalarının fəaliyyətini dəstəkləyən və verilənlərin təhlükəsizliyini təmin edən proqram təminatından istifadəyə əsaslanan bilik və vərdişlər qazanır, həm də kompüter şəbəkələrində işin təşkili xüsusiyyətlərini öyrənməklə yeni tələblərə cavab verən texniki və proqram vasitələrinin sazlanmasını həyata keçirmək imkanı əldə edirlər.
İnformasiya texnologiyaları ixtisası 2 dildə tədris olunur (azərbaycan, rus).